Ağ Ev: Tramp İrandan zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edir

ABŞ Prezidenti Donald Tramp İran tərəfinə sazişlə bağlı təklifin təqdim olunması və atəşkəs rejiminin başa çatması üçün konkret vaxt çərçivəsi müəyyən etməyib.

Azərbaycan Müjdələri TASS-a istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərlə söhbəti zamanı Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

“Bugünkü bir sıra xəbərlərə baxmayaraq, prezident İrandan təklifin alınması üçün sərt vaxt çərçivəsi müəyyən etməyib. Nəticə etibarilə son müddəti ABŞ-nin ali baş komandanı – prezident müəyyən edəcək”, – deyə o, uyğun sualın cavabında qeyd edib.

Həmçinin “Fox News”a açıqlmasında Tramp özü də İrana üç və ya beş günlük müddət verilməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. “Mən tələsmirəm, ən yaxşı razılaşmanı istəyirəm”, – deyə Tramp vurğulayıb.

Bundan başqa, Ağ Evin mətbuat katibinin sözlərinə görə, ABŞ Administrasiyası İran tərəfdən kimin razılaşma bağlaya biləcəyi ilə bağlı təsəvvürə malikdir və Tehrandan “vahid təklif” gözləyir.

O deyib ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarda öz “qırmızı xətləri”ni müəyyənləşdirib və zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edir.

“İran heç vaxt ABŞ və müttəfiqlərimizi təhdid edə biləcək nüvə silahı əldə edə bilməz və onlar əllərində olan zənginləşdirilmiş uranı təhvil verməlidirlər. Tramp bunu onlara açıq şəkildə bildirib və indi biz İran rejiminin cavabını gözləyirik”, – deyə Livitt vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir