ADY Bakı–Ağstafa–Bakı marşrutuna yeni qatar reysləri təyin etdi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 25-də Bakı-Ağstafa, noyabrın 26-da isə Ağstafa-Bakı istiqamətində yeni qatar reysləri təyin edib.

Azərbaycan Müjdələri redaksiyası bununla bağlı ADY-yə istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir