ABŞ və İsrail İranda daha bir SEPAH generalını öldürdü

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Fatehin” xüsusi bölməsinin komandanı general Məhəmməd Əli Fəthəlizadə öldürülüb.

Azərbaycan Müjdələri bildirir ki, “Fars” agentliyinin yaydığı məlumata görə, SEPAH generalı 1 aprel tarixində öldürülüb.

Yada salaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprə raket zərbələri endirməyə başlayıb. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir