ABŞ-də “OpenAI” şirkətinə qarşı araşdırma başladıldı

ABŞ-nin bir neçə ştatının baş prokurorlarından ibarət koalisiya tanınmış “ChatGPT” çat-botunu yaradan Amerikanın “OpenAI” şirkətinə qarşı araşdırmaya başlayıb.

Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı “The Wall Street Journal” (WSJ) dərgisi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun 12-də şirkətə onun daxili siyasəti, reklam çalışmaları, istehlakçı məlumatlarının işlənməsi, dərin öyrənmə modelləri, həmçinin yetkinlik yaşına çatmayanlar və yaşlı insanlarla bağlı fəaliyyətlərinə dair sənədlərin təqdim edilməsi barədə genişhəcmli məhkəmə sorğusu göndərilib. “OpenAI” nümayəndəsi dərgiyə açıqlamasında bildirib ki, şirkət ştatların baş prokurorlarının rahatsızlıqlarına ciddi yanaşır və konstruktiv əməkdaşlığa tam hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir