2020-ci ildə Avropaya nə qədər xam neft nəql edilib?

Azərbaycanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri vasitəsilə 2020-ci ilin indiki dövrünə qədər dünya bazarına nəql etdiyi xam neftin həcmi məlum olub. 

Oxu.Az-ın BTC boru kəmərinin Türkiyədəki seqmentlərini istismar edən “BOTAS İnternational Limited”dən əldə etdiyi məlumata görə, Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ilin indiki dövrünə qədər 163 milyon 328 min barel həcmində xam neft nəql edilib. 

Nəql edilən xam neft 216 tankerə yüklənərək, dünya bazarına çıxarılıb. 

Qeyd edək ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilən ümumi xam neftin həcmi 3 milyard 528 milyon 576 min bareldir və bu həcmdə neft 4 min 597 tankerə yüklənərək, Aralıq dənizi və Avropa bazarlarına yola salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir