Vergi işçilerinin peşe bayramı günü

Mujde.az Bu gün vergi işçilerinin peşe bayramıdır. 2005-ci il fevralın 1-de prezident İlham Eliyev vergi işçileri gününün tesis edilmesi haqqda serencam imzalayıb. Serencama esasen, her il fevral ayının 11-i tarixi “Vergi işçilerinin peşe bayramı günü” kimi qeyd edilir.

Bu gün hemçinin, Azerbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli fermanı ile Baş Dövlet Vergi Müfettişliyinin bazasında dövletin vahid vergi siyasetinin heyata keçirilmesini, dövlet büdcesine vergilerin ve diger daxilolmaların vaxtında ve tam yığılmasını temin eden, bu sahede dövlet nezaretini heyata keçiren merkezi icra hakimiyyeti orqanı Azerbaycan Respublikası Vergiler Nazirliyi yaradılıb.

Vergi xidmeti ölke iqtisadiyyatında bazar münasibetlerine keçidle elaqedar, bu münasibetlerin tenzimlenmesinde ve dövlet büdcesinin medaxil hissesinin formalaşmasında vergilerin rolunun artması ile bağlı olaraq, yeni iqtisadi münasibetler şeraitinde prinsipial cehetce yeni vergi siyasetinin heyata keçirilmesi, dövlet büdcesine çatası vergilerin ve diger icbari ödenişlerin tam ve vaxtında seferber olunması, hüquqi ve fiziki şexsler terefinden vergi qanunvericiliyine ve dövlet qiymet intizamına riayet olunmasına dövlet nezaretinin temin edilmesi meqsedile 1990-cı ilin iyul ayında Respublika Maliyye Nazirliyinin terkibinde yaradılıb.

Sonradan, 1991-ci ilin oktyabrında vergi qanunvericiliyine ve dövlet qiymet intizamına riayet olunmasına nezaret sisteminin tekmilleşdirilmesi, bu sahede dövlet vergi xidmetinin rolunun güclendirilmesi, onun müsteqil fealiyyetinin ve nezaret işlerinin obyektivliyinin temin edilmesi meqsedi ile bu xidmet Maliyye Nazirliyinin terkibinden çıxarılıb ve müsteqil orqan, Azerbaycan Respublikası Baş Dövlet Vergi Müfettişliyi kimi fealiyyet göstermeye başlayıb.

Azerbaycan prezidentinin 11 fevral 2000-ci il tarixli fermanı ile Baş Dövlet Vergi Müfettişliyi leğv edilib, onun bazasında ölkede dövletin vergi siyasetinin heyata keçirilmesini, dövlet büdcesine vergilerin ve diger daxilolmaların vaxtında ve tam yığılmasını temin eden ve bu sahede dövlet nezaretini heyata keçiren merkezi icra hakimiyyeti orqanı Vergiler Nazirliyi yaradılıb. Mujde.az

Buna Oxşar Yazılar:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir