SOCAR Absheron” və “SOCAR Karabakh” şirkətlərinin Azərbaycanda filialları fəaliyyətə başlayıb

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Abşeron” qaz-kondensat və “Qarabağ” neft-qaz yataqlarının istismarı üçün xarici tərəfdaşlarla birgə təsis etdiyi 2 şirkətin Azərbaycanda filialları yaradılıb.

Mujde.az “Report”-a istinaden xəbər verir ki, Vergilər Nazirliyi aprelin 25-də “SOCAR Absheron” və “SOCAR Karabakh” şirkətlərinin Azərbaycanda filiallarını dövlət qeydiyyatına alıb.

Hər iki filial SOCAR-ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında qeydiyyatdan keçib. Filiallara SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev rəhbərlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir