Ramil Usubov polis rəisinin yerini dəyişdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Dövlət Yol Polisi sistemində daha bir dəyişiklik edilib. 

Mujde.az avtosfer.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Emin Musayev tutduğu vəzifədən azad olunaraq Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Emin Musayev mərhum general Rasim Musayevin qardaşı oğludur.

Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir