Qısqanclıq ilan zəhərindən daha betərdir, çünki ilan zəhəri sadəcə bir insanı, qısqanclıq isə həm başqasını, həm özünü zəhərləyir. /J.Lubbock/

Psixoloq / Elnur Rüstəmov Patoloji qısqanclıq klinik psixologiyada paranoid fikirlər olaraq adlandırılır.Heç bir əsas olmadan aşırı qısqanclıq, şübhəçilik, anidən başlayan yoxlama davranışları problemin əsas əlamətləridir.Yaş faktorunu da nəzərə problemin keçirdiyi hər hansı psixoloji və ya fizioloji sarsıtıdan qaynaqlandığını araşdırmaq lazımdır.Yaxşı olardı ki,əyani psixoloji yardım almaqla problemin həlli istiqamətində konkret addımlar atasınız.

Yəqin ki, hər birimiz həyatımızda bir dəfə də olsa bu əzablı qısqanclıq hissini yaşamışıq. Qısqanclıq müxtəlif olur və fərqli sahələrdə yaranır: sevgidə, dostluqda, övlad – valideyn münasibətlərində. Qısqanclığa ən çox ailə münasibətlərində rast gəlmək olar. Və bu hiss yavaş-yavaş təsir edən zəhər kimi vaxt keçdikcə ailəni tamamilə dağıltmaq iqtidarındadı. Ailə münasibətləri psixologiyasına əsasən, qısqanclıq kişi və qadın arasında olan münasibətlərdə yer alan şübhə hissidir.Qısqanclığı bir neçə tipə ayırmaq olar.

1.Sevdiyi insana qarşı mənimsəmə hissi. Belə hallarda təbii ki, qarşı tərəf xeyli əziyyət çəkir. Bu tip daha inadkar, üstün olmağa meyil edirlər. Onlar insana nə hörmət qoymağı, nə bağışlamağı bacarırlar.

2. Özgüvən əksikliyi nəticəsində əmələ gələn qısqanclıq. Bu tip qısqanclıq özünə əmin olmayan, həyəcanlı olan insanlarda yaranır. Onlarda başqaları ilə müqayisədə ikinci dərəcəli olmaq qorxusu. Bu tip qısqanclıq qarşı tərəfdən çox, qısqanc olana əziyyət verir.

3. Qısqanc insanın özü xəyanət edəndə. Bu halda əks tərəf əziyyət çəkir. Qısqanclığın real yada ki, uydurulmuş əsası həmişə var. Real deyəndə, yəni həyat yoldaşının fərqli, şübhə doğuran davranışı. Uydurulmuş halda qısqanclığın qaynağı qorxudur, inamsızlıqdı. Qısqanclıq insanın cinsindən, xarakterindən, insanın şəxsi əqidəsindən asılı olaraq müxtəlif olur.Qeyd etdiyim kimi qısqanclığın ailədaxili münasibətlərə mənfi təsiri çoxdu. Və ən kədərlisi odurki, bu qısqanclıq “səhnələri” övladların göz önündə baş verir.Hər bir uşaq üçün ilk gündən valideynləri yeganə sevimli modeldir. Kiçik yaşlarında hələ tam olanları kritik analiz edə bilmirlər, lakin bütün gördükləri şüuraltında yer alır. Və təbii ki illər keçdikcə müəyyən yaşa çatanda, münasibət quranda övladınıza öz mənfi təsirini göstərəcək. Kişi və qadın qısqanclığı fərqli olur. Kişilər həyat yoldaşını özündən diqqətini yayındıran hər kəsə qısqanır, hətta övladlarına, nəvələrinə. Təbii ki, başqa kişilərə də. Kişilər öz rəqibi ilə özlərini müqayisə etmirlər. Onlar üçün əsas qısqanclığın fakt olaraq özüdür. Qadınlar isə əksinə rəqibi ilə özlərini müqayisə edirlər. Və əgər kişinin xəyanətində kişi həyat yoldaşın ittiham edirsə, qadında özünügünahlandırma hissi ilə də rast gəlirik. Hətta bəzi xanımlarımız rəqiblərinə oxşamağa can atırlar. Hesab edirlər ki, qadınlar kişilərdən daha qısqancdı, çünki bu mövzuda tez-tez dava salırlar. Amma reallıqda başqa cürdür. Kişilərdən fərqli olaraq qadınlarımız xəyanətlə rastlaşanda çox vaxt bağışlayırlar əsasda övladlarına görə. “Bəs qısqanclığı necə aradan qaldıraq?” sualı ortaya çıxır. Hər bir insan özünə dəyər verməyi , özünüqiymətləndirməyi bacarmalıdı. Özünüzə vaxt ayırın. Fikrinizi daha əhəmiyyətli işlərə ayırın. Baş verənlərdən daha səmərəli nəticə çıxarın. Həyat tərzini dəyişməyə cəhd göstərin. Qısqanclığı anlamaq üçün onun səbəbini bilmək gərək. Səbəbi isə özünüqiymətlədirmənin aşağı olmasıdı. Həyatınızı qısqanclıq hissi ilə zəhərləməyin. Sadəcə özünüzə dəyər verin və həyatda birlikdə olduğunuz hər dəqiqənizdən zövq almağa çalışın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir