Qalatasaray” ÇEMPİON!

Türkiyə Superliqasında 2017-18 mövsümünə yekun vurulub. Mujde.az apasport.az-a istinadən xəbər verir ki, bu gün XXXIV turun son 4 qarşılaşması baş tutub.

Sonuncu turun ilk günündə medallara iddiası olmayan komandalar meydana çıxmışdısa, mövsüm çempion və digər mükafatçıların müəyyənləşməsi ilə başa çatıb. İddialıların hamısı mövsümü qələbə ilə başa vura bilib.

Bu turadək izləyicilərindən 3 xal öndə qərarlaşan “Qalatasaray” İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb.

Çempionluq üçün 1 xala ehtiyacı olan Fatih Terimin yetirmələri səfərdən qələbə ilə dönüb. Bu qələbə “sarı-qırmızılar”a çempionluq qazandırıb.

“Qalatasaray” həm də Çempionlar Liqasının qrupuna yüksəlib. “Fənərbağça” 2-ci yerlə kifayətlənib və Çempionlar Liqasının təsnifat mərhələsində oynamalı olacaq. “Başakşəhər” bürünc mükafata yiyələnibsə, “Sivasspor”u darmadağın edən “Beşiktaş” medalsız qalıb.

Türkiyə. Superliqa

XXXIV tur

18 may

“Akhisar” – “Osmanlıspor” – 2:1

Qollar: Adıgüzel, 32, Çelik, 90+3 – Özcal, 45

“Alanyaspor” – “Antalyaspor” – 3:2

Qollar: Duqlas, 37, 69, Villafanez, 61 – Yevtoviç, 12

“Gənclərbirliyi” – “Bursaspor” – 1:0

Qol: Skluetiç, 15

“Trabzonspor” – “Karabükspor” – 3:0

Qollar: Pereyra, 65, 90+2, Yusuf, 88

“Yeni Malatyaspor” – “Kayserispor” – 3:2

Qollar: Buğra Çağıran, 22, Sapunaru, 38 (avtoqol), Adem Büyük, 75 – Stoyikoviç, 81, Mendes, 90+2

19 may

“Başakşəhər” – “Kasımpaşa” – 3:2

Qollar: Viska, 30, Adebayor, 36, 61 – İldiz, 6, Diaqne, 27-p.

“Beşiktaş” – “Sivasspor” – 5:1

Qollar: Taliska, 30, 77, Larin, 50, 74, Babel, 85 – Arslan, 54

“Fənərbağça” – “Konyaspor” – 3:2

Qollar: Fernandao, 28, Ay, 34-öz qapısına, Soldado, 65 – Fofana, 70, Yahoviç, 73

“Göztəpə” – “Qalatasaray” – 0:1

Qol: Qomis, 66

1. Qalatasaray 34 24 3 7 75:33 75
2. Fənərbağça 34 21 9 4 78:36 72
3. Başakşəhər 34 22 6 6 62:34 72
4. Beşiktaş 34 21 8 5 69:30 71
5. Trabzonspor 34 15 10 9 63:51 55
6. Göztəpə 34 13 10 11 49:50 49
7. Sivasspor 34 14 7 13 45:53 49
8. Kasımpaşa 34 13 7 14 57:58 46
9. Kayserispor 34 12 8 14 44:55 44
10. Yeni Malatyaspor 34 11 10 13 38:45 43
11. Akhisar 34 11 9 14 44:53 42
12. Alanyaspor 34 11 7 16 55:59 40
13. Bursaspor 34 11 6 17 43:48 39
14. Antalyaspor 34 10 8 16 40:59 38
15. Konyaspor 34 9 9 16 38:42 36
16. Osmanlıspor 34 8 9 17 49:60 33
17. Gənclərbirliyi 34 8 9 17 37:54 33
18. Karabükspor 34 3 3 28 20:86 12

Bombardir: Batefimbi Qomis (“Qalatasaray”) – 29 qol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir