Putin Çin lideri ilə görüşdü: 100 milyardlıq dövriyyə…

Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Szinpinlə görüşüb.

Mujde.az axar.az-a istinadən xəbər verir ki, görüş Şərq İqtisadi Forumu çərçivəsində baş tutub.

“Bizim münasibətlərimizin həcmi olduqca böyükdür. Bu, ticarət sahəsinə də aiddir. Ötən il 87 milyard dollar olan ticarət dövriyyəsi yəqin ki, bu il 100 milyard həddinə çatdırılacaq”, – Putin bildirib.

Si Szinpin də çıxışı zamanı Rusiya ilə dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıb və hər iki ölkənin çətin məqamlarda bir-birinə dəstəyə hazır olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir