Hostinq1.com - Domen Adların Qeydiyyatı və Veb Hostinq Xidmətləri
Hostinq1.com - Domen Adların Qeydiyyatı və Veb Hostinq Xidmətləri
Azərbaycan Mujdələri Oktyabr 7, 2018
Nurməhəmmədov-Makqreqor döyüşündən sonra dava düşdü

Bu gün ABŞ-ın Los-Angeles şəhərində Həbib Nurməhəmmədov (Khabib Nurmagomedov) və Konor Makqreqor (Conor McGregor) arasında keçirilən UFC (Ultimate Fighting Championship) döyüşündən sonra dava düşüb.

Azərbaycan Müjdələri bildirir ki, Həbib Nurməhəmmədov Konor Makqreqoru boğma fəndi ilə təslim etdikdən sonra ona söz atan irlandiyalı məşqçilərin üzərinə cumub.

Bu, oktaqondan qıraqda baş verib. Həmçinin Həbibin tərəfdarlarından biri də oktaqona girərək Makqreqora hücum edib və ona yumruq zərbəsi endirib. Təhlükəsizlik qüvvələri araya girərək tərəfləri güclə sakitləşdirə bilib.

Sonucda hər iki idmançı zaldan çıxarılıb və kəmər yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədova verilməyib.

Conor McGregor vs Khabib Team Brawl After UFC 229

Buna Oxşar Yazılar:

Bir açıqlama yazın.

Sizin email ünvanınız yayımlanmayacaq. * ilə nişanlanan damalar doldurulmalıdır