MÜDAFİƏ NAZİRLİYİNİN ŞƏXSİ HEYƏTİ BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLARIN XATİRƏSİNİ YAD EDİB

Bakı 9 may Mujde.az  Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub. Hərbi qulluqçular İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Müdafiə Nazirliyindən Mujde.az-a verilən məlumata görə, Bakı şəhərində keçirilən anım mərasimlərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidə və Qardaşlıq məzarı da ziyarət olunub.

Bayram mərasimləri bütün qarnizonlar və iri şəhərlərdə də keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir