“Evimə müğənni gəlin buraxmaram” – Nadir sərt danışdı -Mujde.az

Müğənni Nadir Qafarzadə “Oğluma müğənni qız almaram” sözlərinə münasibət bildirib.Mujde.az lent.az-a istinadən xəbər verir ki, ifaçı canlı yayımda bildirib ki, evinə müğənni gəlin buraxmaz:

“Şou-biznesdən? Niyə? Elə mənim alnıma yazılıb? Mən istəmirəm. Heç kimin acığına gəlməsin. Bəlkə əvvəlki dövr olsaydı, hardasa razı olardım. Müğənni qızı evimə necə gətirim? Qısa yubka, harasına kimi yarığı olan qızı evimə necə gətirim? Yubkası qısa olan qızı evimə necə gəlin gətirim? Onun hər yerini hamı gördü, oğluma nə qaldı ki? Özlərini yaxşı aparsınlar ki, onları da kimsə alsın. Geyimin də öz yeri var. Alt paltarını göstərmək geyim deyil”.

Qafarzadə “Yeni gələnlərə kömək edirsiz” sualına əsəbi cavab verib:

“Onlara nə kömək olum? Day-dayları kömək olur. Gedib kabinetdə oturacaq, kömək alacaq. “Kabinet ulduzu” olublar. Onlar sənət üçün yox, kişi axtarmağa gəlib. Loxun birin tapacaq, maşın ev alacaq. Onlarınkı başqa sənətdir”.

“Niyə müğənnilərə evyıxan deyirlər” sualına Nadir belə münasibət bildirib:

“Mənim arvadım da xanım, o da? Qadındırlar, xanım yox. Bioloji qadın doğulur, fahişəyə də xanım deyirlər. Mənim anam da xanım, o da? Xanım sözünü qarışdırmayın, əsl xanımları təhqir edirsiniz. Azərbaycan xanımını siması, mədəniyyəti, geyimi ilə daşıyanları təhqir edirsiniz. Onlar özlərini elə təqdim edir. Bir-birinin ərini əlindən alırlar. Kişi qəhətdir? Başqasının bədbəxtliyindən özünə xoşbəxtlik edirsən. Get subay, dul biri ilə evlən. Gedib ev yıxır, cənnət qoxulu qadını fahişəyə dəyişir”.

Nadir çörək bişirib satan bacısından da danışıb:

“Çörək bişirir, qoyun saxlayır, döşək salırıq. Əsl azərbaycanlıyıq. Halal yolla pul qazanırıq. İndi gələcək nəsil nə olacaq? Ərəb turistlərdən doğulan nəsil gəlir”


Buna Oxşar Yazılar:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir