Ev almaq istəyən dövlət qulluqçuların NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) MİDA-ya təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayış əldə etmək istəyən dövlət qulluqçularına müraciət edib.

Mərkəzdən Mujde.az-a verilən məlumata görə, mayın 30-da etibarən dövlət qulluqçuları Mənzil İnşaatı Agentliyinə təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi ilə əlaqədar DİM-in rəsmi səhifəsində “Şəxsi kabinet” yaratmalı və “Elektron xidmətlər” bölməsinə daxil olaraq elektron müraciət etməlidirlər.

Dövlət qulluqçusu əmək kitabçasındakı əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini “skan” edərək sistemə yükləməli və “Müraciəti qeydə al” düyməsini sıxmalıdır.

Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir