DÇ-2018: Uruqvay qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb

Mujde.az Rusiyada keçirilən futbol üzrə dünya çempionatında A qrupunda III tura start verilib.

Mujde.az ın  məlumatına görə, Uruqvay Rusiya ilə üz-üzə gəlib. Uruqvay yığması rəqibini 3:0 hesabı ilə məğlub edib.

3 oyunun hamısında qələbə qazanan Uruqvay qrup birinci kimi 1/8 finala vəsiqə qazanıb. Görüşdə hesab 10-cu dəqiqədə açılıb. Luis Suares komandasını hesabda önə çıxarıb. Matçda ikinci qol  23-cü dəqiqəyə təsadüf edib. Denis Çerişev avtoqol müəllifi olub. Matçın 26-cı dəqiqəsində Rusiyanın heyətində İqor Smolnikov qırmızı vərəqə almaqla komandasını azlıqda qoyub. Görüşdə son nöqtəni isə Edinson Kavani qoyub. Hücumçu 90-cı dəqiqədə fərqlənib.

DÇ-2018

25 iyun

III tur

A qrupu

18:00. Uruqvay – Rusiya 3:0 

Qol: Luis Suares, 10, Denis Çerışev, 23 – öz qapısına, Edinson Kavani, 90

Qırmızı vərəqə: İqor Smolnikov, 36

Hakimlər: Malanq Didhyu, Cibril Kamara, El Haci Kamara (hamısı Seneqal), Bamlak Tessema Veyeza (Efiopiya), Hasan Əlməhri (BƏƏ)

Samara, “Samara Arena”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir