Bakı finalının qalibi “Çelsi” oldu “Mujde.az”

Avropa Liqasında (AL) 2018-19 mövsümünə yekun vurulub. Matc.az saytının məlumatına görə, final qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib.

Həlledici görüşdə azarkeşlər möhtəşəm London derbisinə şahidlik ediblər. İngiltərənin iki nəhəng komandası “Çelsi” ilə “Arsenal” paytaxtımızda münasibətlərinə aydınlıq gətirib.

Oyunda ilk hissədə hesab açılmayıb. İkinci 45 dəqiqə isə azarkeşlər üçün əsl qol şousu ilə yadda qalıb. 5 qolun vurulduğu ikinci hissədə daha çox sevinən tərəf “Çelsi” olub. “Zadəganlar” 4:1 hesablı qələbə ilə kuboka yiyələniblər.

“Mavilər”in heyətində Jiru və Pedro hərəyə bir dəfə fərqlənibsə, Azar dublla yadda qalıb.

Avropa Liqası
Final
29 may

“Çelsi” (İngiltərə) – “Arsenal” (İngiltərə) – 4:1

Qollar: Oliviye Jiru, 49, Pedro, 60, Azar, 65 (pen.), 72 – İvobi, 69

Bakı Olimpiya Stadionu. Baş hakim: Canluka Rokki (İtaliya)

“Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett

“Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10. Eden Azar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir