Azərbaycanlı diaspor rəhbərinin meyiti şkafdan asılı halda tapıldı

Antaliyanın Finike qəsəbəsində portağal ticarətiylə məşğul olan Azərbaycan əsilli Məcid Nuxiyev (64), evinin yataq otağındakı şkafda, elektrik naqili ilə boynundan asılı halda tapılıb.

Mujde.az Milliyet-ə istinadən xəbər verir ki, fevral ayından bu yana yalnız yaşayan Məcid Nuxiyevdən xəbər almayan ev sahibi dünən saat 16:00 radələrində evə gedib. Ev sahibi qapının açılmadığını və evdən gələn pis qoxunu hiss edincə polisə xəbər verib. Hadisə yerinə gələn polislər qapını çilingərin köməyi ilə açıb, evə daxil olublar.

Məcid Nuxiyev evin yataq otağındakı şkafda ölü halda tapılıb. İlkin araşdırma zamanı 5- 6 gün öncə öldüyü təxmin edilən Məcid Nuxiyevin cansız bədəni ekspertizaya göndərilib.

Polis hadisənin intihar və ya qətl olduğunu araşdırmaq üçün istintaqı davam etdirir.

Qeyd edək ki, Məcid Nuxiyev Ukraynanın Lvov şəhərində yaşayırmış və burada Azərbaycan diasporunun rəhbəri olub.Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir