Azərbaycanda Yeni Uşaq Adları: Fairə, Faxirə, Failə, Faqimə, Faribə, Fatikə və Başqa

Azərbaycanda yeni doğulan uşaqlara qoyulmasına yol verilən daha bir sıra maraqlı adlar açıqlanıb.

Azərbaycan Müjdələri Saytı Reporta qaynaqlanaraq bildirir ki, yeni adların arasında Fəhmil, Fərhan, Fəridəddin, Fəsaləddin kimi oğlan, Fabiyə, Faimə, Fairə, Faxirə, Failə, Faqimə, Faribə, Fatikə, Fatmabadam, Faya, Fəqamət, Fəqannisə, Fəqumə, Fələk, Fənar, Fəsanə, Fəvranə, Fiqurə, Filyar kimi qız adları yer alıb.

Azərbaycanda ana-atalar Girami, Göylər, Göyruh, Göysaf, Güliddin kimi oğlan, Gaviyə, Gəlingül, Gənçay, Gərəkməz, Gilənaz, Giləbacı, Giləxanım, Giləzər, Görgün, Göygöz, Gözəlçə, Gülab, Gülaçar, Gülağız, Gülavuş, Gülerkən, Güləş, Gürzəbəyim kimi qız adları da qoya bilərlər.

Adlar sırasında Hadis, Hafiq, Hakif, Halik, Havasət, Heybətulla, Həmrah kimi oğlan, Həmra, Hərgül, Hərifə, Həzarə, Hurə, Hürzad, Hüveyda, Hübubət, Hüzürə kimi qız adları da vurğulanıb.

Yeni doğulan uşaqlara Xanbudaq, Xangiz, Xanqalı, Xanzər, Xası, Xeyirbəy, Xəyyad, Xislət, Xilqət, Xudadad, Xudan, Xudanəzər, Xuday, Xuduş kimi oğlan, Xalani, Xallınur, Xamirə, Xanana, Xanı, Xatimə, Xabirə, Xəyalət, Xırdapay, Xonça, Xubu, Xurazar kimi qız adları da qoyula bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir