Azərbaycanlı Qrossmeyster Rauf Məmmədov Klassik Şahmatdan Getdi

Azərbaycan qrossmeysterlərindən Rauf Məmmədov klassik şahmatdan getdiyini açıqlayıb.

Azərbaycan Müjdələri xəbər verir ki, o, Facebook səhifəsində bu qərarını belə açıqlayıb:

“Uzun düşüncələrdən və öz klassik partiyalarımı araşdırdıqdan sonra başa düşdüm ki, “klassika”da bulvar oyunçusu səviyyəsində çıxış edirəm. Ona görə də indi diqqətimi şahmatın rapid və blits növünə yönəldəcəyəm”.

Onu da vurğulayaq ki, Rauf Məmmədov Yunanıstanda keçirilən klublararası Avropa çempionatının sonuncu turunda üçüncü taxtada ağ fiqurlarla çexiyalı David Navaraya uduzub. O, həmin yarışın üçüncü taxtasında çıxış edən şahmatçılar arasında VIII, onun təmsil etdiyi “Odlar Yurdu” isə IX yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir