Hostinq1.com - Domen Adların Qeydiyyatı və Veb Hostinq Xidmətləri
Hostinq1.com - Domen Adların Qeydiyyatı və Veb Hostinq Xidmətləri
Azərbaycan Mujdələri Sentyabr 29, 2018
Şəhriyar Məmmədyarov

Azərbaycan şahmatçıları Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında sıradakı oyununu Ermənistan milli komandasına qarşı keçirib.

YALAN.info Onli ne Xəbərlər və İnformasiya Saytı bildirir ki, kişilərdən ibarət Azərbaycan Milli Komandası V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının 2,5-1,5 üstünlüyü ilə başa çatıb.

Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.

V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.

43-cü Ümumdünya Şahmat Olimpiadası (Batumi, Gürcüstan)

Ermənistan – Azərbaycan – 1,5 : 2,5 

Levon Aronyan – Şəhriyar Məmmədyarov – 0 : 1

Qabriel Sargissyan – Teymur Rəcəbov – 0 : 1

Qrant Melkumyan – Arkadi Naydiç – 1 : 0

Hayk Martirosyan – Rauf Məmmədov – 0,5 – 0,5

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç isə qara fiqurlarla oynayıb.

The 43rd World Chess Olympiad (Batumi, 2018)

Buna Oxşar Yazılar:

Bir açıqlama yazın.

Sizin email ünvanınız yayımlanmayacaq. * ilə nişanlanan damalar doldurulmalıdır