“Aprel işğalı” necə baş verdi? – “Bir gecədə 12 generalımız güllələndi” – MÜSAHİBƏ – VİDEO

Mujde.az Bu gün 28 aprel istilasının, yəni Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan 98 il keçir. Çar Rusiyasının müstəmləkəçilik siyasətini davam etdirən bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətinin var olduğu 23 ayda onu daim yıxmağa cəhd edirdilər.  Moskva o zaman içimizdəki gücləri bir-birinə qarşı qoymaqla istəyinə çatdı.

Mövzu ilə bağlı tarixçi Elmar Həsənli Faktor.az-ın suallarını cavablandırıb.

– Qızıl Ordu Bakını işğal etdi –  Bu proses necə başladı?

– Azərbaycan Cumhuriyyəti dövründə bolşeviklər gizli şəkildə öz təbliğatlarını aparırdılar. Xüsusilə, orduda və əhali arasında. Bununla da əhali arasında Cümhuriyyətə qarşı narazılıqlar yaradırdılar. Bunlardan biri kimi  ermənilərin qiyamı təşkil edilir. Qırmızı ordu 1920 – ci il aprelin 27 -də saat 4 – də hücuma keçir. Həmin vaxt Azərbaycanın şimalında olan qoşunlar Əsəgəran istiqamətinə qiyamı yatırmağa yönəlir. Bununla da şimal hissəmiz demək olar ki, 70 minlik əsgərə malik Qırmızı Ordu qabağında müdafiəsiz qalır. Azərbaycan ordusunun əsgərləri ilə bolşeviklər arasında  bir neçə döyüş olmasına baxmayaraq, Azərbaycan işğal olunur.

– Azərbaycan milli ordusu, generallar müqavimət göstərməməkdə ittiham edilir, doğrudurmu?

– Xeyr, doğru deyil. Bunu adətən Mehmandarov və Şıxlinski haqqında deyirlər. Amma bolşeviklər Azərbaycanı işğal etdikdən sonra bu iki generalı həbs etmişdilər. Hətta bəzi faktlar var ki, Əliağa Şıxlınski Gəncə üsyanına gizli şəkildə yardım edib .1920 -ci il, yaxud 1921 -ci ildə 12 generalımız bir gecədə güllələnib. Əsas ittiham bolşeviklərə qarşı müqavimət göstərmək olub .

–  Bu işğalda Nərimanovun payı nə qədər  idi?

– Nərimanov bolşevik ideyalarına fanatikcəsinə inanırdı. Təbii ki, bu, onun yanlışlığı idi. Amma Nərimanov öz ideyalarına inanırdı. Hətta bolşeviklərin sonrakı dövrlərdə  bu qədər iyrənc hərəkətlər edəcəyini belə təsəvvür edə bilmirdi. Oğluna yazdığı xatirələrdə bunları dilə gətirdi. Nərimanov aldanmış kəvakibdi. Amma Nərimanova qiyməti dövrünün siyasi proseslərinə görə vermək lazımdır. Nərimanov Əliheydər deyil, Qəzənfər Musabəyov – filan deyil. Nərimanov həm də Məhəmmədəmin, Nəsib bəylə, Topçubaşovla bir tutula bilməz .

– Azərbaycana hansı tanınmışlar xəyanət etdi?

– Əliheydər Qarayev, Həmid Sultanov, Qəzənfər Musabəyov, Mirzə Davud Hüseynov, Çingiz İldırım. Bunlar Azərbaycanın nicatını Rusiyada görənlər idi.

– Bu işğalla bağlı fikir səsləndirirlir ki, Türkiyə Azərbaycanı Leninə qurban verdi…

– Həmin dönəm Bolşevik Rusiyasını, həm də Atatürk hökümətini Qərb dövlətləri tanımırdı. Bu tanımamaq onlarıN hər ikisini imperiyalizmə qarşı birləşdirdi. Atatürk hökümətinin Azərbaycanın işğalına şərait yaratdı fikiri indiyənə qədər rəsmi şəkildə təsdiq olunmur.  Biz hadisələrə dövrün siyasi proseslərinə görə, qiymət verməliyik. Ona görə də indiki dövrdə bu cür məsələlərə fikir bildirərkən diqqətli olmağımız lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir