“Gəncə – Avropanın İdman Şəhəri-2019” layihəsinin açılış mərasimi keçirilib-Mujde.az

2018-ci ildə Gəncənin idman sahəsindəən böyük uğurlardan biri şəhərin 2019-cu il üçün Avropanın İdman Şəhəri tituluna namizədliyinin verilməsi və “ACES Europe” (Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası) təşkilatı tərəfindən bu titulun təsdiq edilməsi olub.

Martın 5-də — Bədən Tərbiyəsi və İdman Günündə Nizami yurdunda “Gəncə-2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin açılışına həsr olunan təntənəli tədbir keçirilib. Tədbir Mudafiə Nazirliyinin Gəncə qarnizonunun nümunəvi orkestrinin,leytenant hərbi dirijor Rəşad Səmədzadəninin dirijorlugu ,solist Sevinc xanımın Azərbaycan Respublikasinin Himnin ifası ilə başlandı.Açılış mərasimində Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının rəsmi nümayəndələri, Gürcüstanın Batumi şəhəri meriyasının təmsilçiləri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də ölkəmizin tanınmış idmançıları, yerli və xarici qonaqlar iştirak edib.

Tədbirdə Gəncənin çoxəsrlik tarixini, müasir inkişafını və idman uğurlarını özündə əks etdirən, həmçinin xüsusi olaraq layihənin açılış mərasimi üçün hazırlanmış “Karvan” filminin təqdimatı olub.

Xatırladaq ki, 2018-ci il mayın 16-da Gəncə şəhəri 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Belçika Krallığının paytaxtı Brüsseldə “ACES Europe”nın təşkilatçılığı ilə Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltif olunma mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhərİcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Avropanın İdman Şəhəri titulunu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.Mujde.az

Gəncə qarnizonu Nümunəvi orkestr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir